Şirvanda narkotik vasitələrin alveri ilə məşğul olan bir qrup şəxs həbs edilib- FOTOSLAYD

Şirvanda narkotik vasitələrin alveri ilə məşğul olan bir qrup şəxs həbs edilib- FOTOSLAYD

Şirvan şəhər Polis şöbəsi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsi ilə birgə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan bir qrup dəstəni həbs edib. Şirvan şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Vüsal Məhərrəmovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, 16 fevral 2011-ci il tarixdə saat 17:00 radələrində Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı özünü şübhəli apardığına görə Şirvan şəhəri Xanlar küçəsində Zərbalıyev Zaur Şakir oğlu saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilib. Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynindəki paltonun cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü vəziyyətdə 0,063 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülüb. Z.Zərbalıyev həmin narkotik vasitəni tanışı Qafarov Ağaverdi Ağaşirin oğlundan 5 manata aldığını bildirib.

Həmin faktla əlaqədar olaraq keçirilmiş əməliyyat tədbirləri zamanı A.A.Qafarovun evinə baxış zamanı oradan cəmi 1,243 qram çəkidə olan 2 ədəd ayrı-ayrılıqda siqaretin gümüşü kağızlarına bükülü vəziyyətdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülüb.

A.Qafarov izahatında həmin narkotik vasitəni 10 fevral 2011-ci il tarixdə özü qəbul etmək məqsədi ilə tanımadığı şəxsdən əldə etdiyini və 12 fevral 2011-ci il tarixdə bir bükümdən ibarət hissəsini Z.Zərbalıyeva 5 manata satdığını etiraf edib.

Bundan əlavə 18 fevral 2011-ci il tarixdə saat 14:30 radələrində Şirvan şəhəri N.Nərimanov küçəsində Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı özünü şübhəli apardığına görə Ağayev Zaur Ağaqardaş oğlu saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilib. Z.Ağayevin üstünə baxış keçirilən zaman onun əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü vəziyyətdə 1,403 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd baş tərəfi sındırılmış şüşə ampula aşkar olunub götürülüb.

Həmçinin tanınmış narkobaron Əmirəslanov Nemət Niyətalı oğlu satış məqsədi olmadan, Salyan rayon sakini, sərbəst güləş üzrə dəfələrlə beynəlxalq turnirlərin qalibi olan Burziyev Ziyafət Zəfər oğlundan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 qram çəkidə 160 manata əldə etdiyi narkotik vasitə olan heroini, həmçinin satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1,953 qram çəkidə əldə etdiyi narkotik vasitə olan tiryəki yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 5 saylı evin, 26 saylı mənzilində qanunsuz olaraq saxlamış, sonradan həmin narkotik vasitə olan heroinin bir hissəsini qəbul edərək yerdə qalan 1,268 qram çəkidə olan hissəsini yaşadığı evdə saxlamış və 18.02.2011-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarının Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 0,395 qram narkotik vasitə olan heroin üzərindən aşkar edilmiş, bundan sonra Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən yaşadığı həmin mənzilə baxış keçirilən zaman yerdə qalan 0,873 qram çəkidə narkotik vasitə olan heroin və 1,953 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Bundan sonra N.Əmiraslanov Z.Burziyevi ifşa etmək məqsədilə özünə məxsus olan Mobil telefonla Z.Burziyevlə əlaqə saxlayıb əlavə olaraq 30 qram çəkidə narkotik vasitə olan heroin istəmiş, Z.Burziyev də etiraz etməyərək razılaşmış və aralarında olan razılığa əsasən Z.Burziyev həmin narkotik vasitə olan heroini Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən "Şirvan" YDM-nin yaxınlığına gətirmiş, həmin vaxt DİN-nin BNMİ-nin və Şirvan şəhər PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq PŞ-nə gətirilmiş və üzərinə baxış zamanı 30,365 qram çəkidə narkotik vasitə olan heroin onun üzərindən aşkar edilərək götürülüb.

Bundan sonra polis əməkdaşları tərəfindən Burziyev Ziyafət Zəfər oğlunun yaşadığı Salyan şəhəri T.Davudzadə küçəsi 5 saylı evə baxış keçirilən zaman əlavə olaraq satış məqsədilə saxladığı 10,375 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə