Şadlıq evindən televizor oğurlayan şəxs yaxalanıb

Şadlıq evindən televizor oğurlayan şəxs yaxalanıb

Fevralın 21-i saat 23 radələrində Mərdəkan-Buzovna yolunda Bakı şəhər sakini Nadir Əliyev idarə etdiyi "Hunday-Getz" avtomobili ilə Buzovna qəsəbə sakini Mehman Qasımovu vurmuş, sonuncu aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanada ölüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 21-i saat 07:25 radələrində Q.Qarayev prospektində Bakı şəhər sakini Firdovsi Hacıyev idarə etdiyi "Daewoo" markalı 171 saylı xətt avtobusu ilə Zaqatala rayon sakini Mövlud Qarayevi vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fevralın 20-də 62 saylı xətt avtobusunda Bakı şəhər sakini Sulduz Musayevin cibindən 700 manat oğurlanıb. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ramana qəsəbə sakini Tofiq Qasımov fevralın 21-də yaxalanıb.

Nəsimi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Anar Nəcəfovdan 3 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 181-ci (quldurluq) maddəsilə axtarışda olan Asim Quliyev fevralın 21-də tutulub.

Yanvarın 27-də S.Bəhlulzadə küçəsində yerləşən şadlıq evindən pəncərədən keçmə yolu ilə 2 ədəd televizor oğurlanıb. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Bülbülə qəsəbə sakini Tərlan Abbasov fevralın 21-də yaxalanmış və onun üzərinə baxış keçirilərkən 0,237 qram narkotik vasitə olan heroin aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə