Yeni Zellandiyada 6,3 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin ikinci böyük şəhəri Krisçoçda böyük dağıntılara səbəb olan yeraltı təkanlar ən az 65 nəfərin həyatına son qoyub və xeyli sayda insan yaralanıb. 200 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.
Zəlzələ səhərə yaxın vaxtlarda baş verib və həmin saatdan etibarən şəhərə elektrik verilişi dayandırılıb. Rəsmi açıqlamalarda bildirilir ki, daha çox insan itkisinə sərnişin avtobuslarından birinin üzərinə binalardan düşən beton parçaları səbəb olub.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı hava limanı müvəqqəti olaraq bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB