Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib

Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib

Moskvanın cənubunda Azərbaycan vətəndaşı qətlə yetirilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, həlak olan Azərbaycan vətəndaşının Moskvada topdansatış göyərti ticarəti ilə məşğul olduğu bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, həlak olan Azərbaycan vətəndaşı soyğunçuluq məqsədilə hücuma məruz qalıb.

 

Soyğunçular maşında əvvəlcədən nəğd pul daşındığını biliblər. Azərbaycan vətəndaşı soyğunçulara müqavimət göstərmək istəyib. Onun 900 min rubl (30 min manat) pulu qarət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə