Neftçaladakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Neftçaladakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Neftçala rayonunda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

SİA xəbər verir ki, qəzaya uğramış "Mercedes" markalı avtomobilin sürücüsü Habil Həşimov da həkimlərin tibbi yardımlarına baxmyaraq, xəstəxanada keçinib. Buna qədər onun vəziyyətinin ağır olduğu deyilirdi. Beləliklə, qəza zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

***

Saat 18:31

Neftçala rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Bakı şəhər sakinləri, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayon sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

“Mercedes”in sürücüsü Habil Ələkbərov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H. Ələkbərovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə