Sumqayıtda mənzildən xarici vətəndaşın meyiti tapılıb

Sumqayıtda mənzildən xarici vətəndaşın meyiti tapılıb

Sumqayıtda mənzildən meyit tapılıb.

SİA xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində, ev 62 ünvanında mənzillərdən birində kişi meyiti aşkar olunub.

Ölən şəxsin Rusiya Federasiyasının vətəndaşı 1961-ci il təvəllüdlü Uszenov Vyaçeslav Maqammedoviç olduğu müəyyən edilib.

Onun Sumqayıta anasının yas mərasiminə gəldiyi bildirilir. Yas mərasimindən sonra ondan xəbər olmadığını görən qonşular müvafiq qurumlara müraciət ediblər.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə