Neftçaladakı yol qəzasında 3 nəfər dünyasını dəyişib

Neftçaladakı yol qəzasında 3 nəfər dünyasını dəyişib

Neftçala rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Xolqarabucaq kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

“Mercedes”in sürücüsü Habil Ələkbərov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H. Ələkbərovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə