Bakıda iki “Mercedes” toqquşub, ölən var

Bakıda iki “Mercedes” toqquşub, ölən var

Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə O.Süleymanovun sərnişini olan arvadı Reyhan Süleymanova hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə