Bakının Səbail rayonunda dostunu bıçaqlayan keçmiş məhkum saxlanılıb.
SİA xəbər verir ki, A.Məmmədov küçəsi ev 23 ünvanında əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şahnəzər Məmmədov dostu 1984-cü il təvəllüdlü Anar Qasımovun yaşadığı evə qonaq gəlib. Onlar arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Ş.Məmmədov dostu A.Qasımovun boyun nahiyəsinə bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Ş.Məmmədovu saxlayıb. Onun barəsində cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB