Bakıda motosikletlə avtomobil toqquşub

Bakıda motosikletlə avtomobil toqquşub

Bakıda motosikletlə avtomobil toqquşub. "Report" xəbər verir ki, hadisə A.Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində olub. Hadisə zamanı motosikletin sürücüsü 1991-ci il təvəllüdlü Quliyev Orxan Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona bud-baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Məlumata görə, avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə