Sabirabadda "Kamaz" markalı iki avtomobil toqquşması sürücülərdən birinin ölümünə səbəb olub

Sabirabadda "Kamaz" markalı iki avtomobil toqquşması sürücülərdən birinin ölümünə səbəb olub

Hacıqabul-Bəhrəmtəpə magistralının 20-ci kilometrliyində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub.

SİA xəbər verir ki, Sabirabad rayonunun Qaralar kənd sakini, 1985-ci il təvəllüdlü Səmidov Qədir Mirfazil oğlunn idarə etdiyi mişar daşı ilə yüklənmiş “KaMAZ” markalı 54 AC 552 dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonunun Hindarx kənd sakini, 1970-ci il təvəllüdlü Həmidov İlyas Məşğul oğlunun idarə etdiyi çınqıl yüklənmiş “KaMAZ” markalı 04 BP 038 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub.

Birincinin sürücüsü Şirvan şəhər xəstəxanasına çatdırıldıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişib.

İkinci avtobilin sürücüsü isə ağır vəziyyətdə Sabirabad rayon xəstəxanasına çtdırılıb. Onun ayaq barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə