Sumqayıt şəhər sakininin ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB