Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosovdan 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsilə axtarışda olan Nuri Sədrəzənov fevralın 18-də tutulub.
Fevralın 17-də C.Xəndan küçəsində yaşayan Rüstəm Manafovun mənzilindən açıq qapıdan keçmə yolu ilə 300 ABŞ dolları və qızıl əşyası naməlum şəraitdə oğurlanıb. Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli Bakı şəhər sakini Esmira Mustafayeva fevralın 18-də yaxalanıb.
Qaradağ RPİ DYPŞ və 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cavad Məlikova məxsus "BMW" markalı avtomobildən 1 ədəd pnevmatik tapança və 2 ədəd 7,62 kalibirli patron aşkar olunub.
Fevralın 13-nə keçən gecə Cavdxan küçəsində Bakı şəhər sakini Polad Quliyevə məxsus mağazadan qapını sındırma yolu ilə 4 ədəd mobil telefon oğurlanıb. Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli Bakı şəhər sakini Azər Məmmədov fevralın 18-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB