Mingəçevirdə azyaşlı binanın 3-cü mərtəbəsindən yıxılıb

Mingəçevirdə azyaşlı binanın 3-cü mərtəbəsindən yıxılıb

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.

SİA-nın məlumatına görə, hadisə Energetik yaşayış massivindəki Ydigar Mənsurov küçəsi, 1 ünvanında baş verib. Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb. Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə