Sumqayıtda 42 yaşlı qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Sumqayıtda 42 yaşlı qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində Corat abidəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Əliyeva Mənsumə Dilsuz qızını "Mercedes" markalı avtomobil vurub. Qəza nəticəsində 42 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücünün hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə