Yasamalda 35 yaşlı şəxs qətlə yetirilib

Yasamalda 35 yaşlı şəxs qətlə yetirilib

Bakının Yasamal rayonunda qətl hadisəsi qeydə alınıb.

SİA-nın məlumatına görə, 35 yaşlı Fərid Məmmədov Həsən bəy Zərdabi küçəsində naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.

O, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

F.Məmmədovun meyiti Məhkəmə Tibbi Ekapertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatları və kimin tərəfindən törədildiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə