Paytaxtda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Paytaxtda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, rayon ərazisində "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Rzayeva Xəyalə Çingiz qızını vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə