Goranboyda yük maşını yolun arakəsmələrinə çırpılıb

Goranboyda yük maşını yolun arakəsmələrinə çırpılıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan 90-DH-986 seriyalı "ATEGO" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yol arakəsməsi olan dəmiri qıraraq əks yola çıxıb. Qəza nəticəsində xəsarət alan olmasa da yük maşınına və yol təsərrüfatına ziyan dəyib. Qəzaya səbəb kimi havanın yağışlı olması göstərilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə