Nəsimi rayonunda 78 yaşlı kişinin meyiti tapılıb

Nəsimi rayonunda 78 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

SİA FHN- ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olublar.

Mənzildə 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyiti aşkarlanıb.

78 yaşlı kişinin meyiti aidiyyatı üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə