Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş P.Canıyevdən və A.Pirxiyevdən əlavə olaraq 1 kiloqram 430 qram marixuana götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.
Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB