Xaçmazda meşə zolağında yanğın olub

Xaçmazda meşə zolağında yanğın olub

Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülüb. FHN-dən SİA-ya verilən məlumata görə, yanğın nəticəsində 50 ha sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə