Sabunçu rayonunda gənc boğazından bıçaqlanıb

Sabunçu rayonunda gənc boğazından bıçaqlanıb
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, Yeni Ramana qəsəbəsində naməlum şəxs 1994-cü il təvəllüdlü Dilanlı Bəhram Rasim oğlunun boğazını kəsərək ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşsirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə