Bərdə rayonunda toy mərasimində bədbəxt hadisə baş verib. "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Kətəlparaq kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Ayaz İsa oğlunın şadlıq sarayında halı pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB