Lənkəran rayonunda yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Bəleton kəndində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə, qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.
Baş verən yol nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.
Qəza zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.
Bəleton kəndində qeydə alınan qəza zamanı sürücü - Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb. Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004) xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB