Bakıda boya sexində yanğın olub

Bakıda yanğın olub. SİA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən boya sexində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə