Pirotexniki vasitə partladanın işi məhkəməyə göndərildi

Pirotexniki vasitə partladanın işi məhkəməyə göndərildi

Avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma nəticəsində bu şəxsin Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə