Bakı-Quba yolunda avtomobil aşıb

Qusar rayonunda yol qəzası baş verib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Xaləddin Murtuz oğlu Rzayevin idarə etdiyi "Ford-Transit" markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı gölməçəyə aşıb. Nəticədə üç nəfər - Sevil Tofiq qızı Mirzəyeva, Sənan Adil oğlu Nəsirov və Faiq Muxtar oğlu Məsumov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə