Gəncədə iki piyadanı vurub qaçan sürücü tutulub

Gəncədə iki piyadanı vurub qaçan sürücü tutulub

Avqustun 24-də Gəncədə şəhər sakini olan iki nəfər “Mercedes” markalı avtomobil vurulub. Nəticədə piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü isə hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək uzaqlaşan “Mercedes” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini S.Məmmədov Gəncə Şəhəri Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə