Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 2-ci kilometrliyində qeydə alınıb.  Gəncə şəhər sakini, 31 yaşlı Ruslan Babayevin idarə etdiyi "Mercedes Vita" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Hadisə yerinə yol-polis əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.  Faktla bağlı araşdırma aparılır.  İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə