Ötən günün kriminal hadisələri

Ötən günün kriminal hadisələri

Fevralın 17-si saat 21.00 radələrində Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində naməlum şəxs Şahin Əhmədovun idarə etdiyi "VAZ-2108" markalı avtomildə onu hədələyərək 2 min manat pul tələb etmiş, sonra qol nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əməliyyat tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Valeh Bədəlov Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 17-si saat 05 radələrində Neapol dairəsi 1A-nın qarşısından Şəhriyar Xalıqova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılmış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Vüsal Muradov saat 09 radələrində G.Mehmandarov küçəsi 28-in qarşısında avtomaşınla birlikdə Xətai RPİ 35-ci PB və PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Fevralın 17-si saat 21 radələrində naməlum şəxs Azad Tahirova məxsus, Xoyski küçəsində yerləşən mağazanın kassasından 50 manat götürüb qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Tahir Rzayev Nərimanov RPİ CAŞ və PPXB-nin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə