Avtomobildən telefon oğurlayan Yevlax sakini saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobilin açıq qalmış pəncərəsindən içəri girərək mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurum bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə