Pensiya kartı üstündə oğul atasını öldürdü

Tovuz rayonunda oğul atasını qətlə yetirib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonin Aşağı Quşcu kəndində qeydə alınıb.1959-cu il təvəllüdlü Məsimov Rasim təqaüd kartı üstündə atası Müzəffər Məsimovu qətlə yetirib. İlkin məlumatlara görə, təqaüd kartı oğulda olub. Atası M.Məsimov kartı istəyib. R.Məsimov bundan əsəbləşib. Daha sonra həyətlərindəki çəkiclə atasının baş nahiyəsinə 5 zərbə endirib. Nəticədə yaşlı kişi hadisə yerindəcə keçinib. Oğul isə hadisə yerini tərk edib. Hazırda həmin şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə