Göygöldə meşə yanır. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Göygöl rayonunun Gəncə kəndində qeydə alınıb. İlkin məlumatlara görə, 2 ha-dan artıq meşə massivində yanğın başlayıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub. Meşə ərazisinin hansı səbəbdən yandığı hələlik məlum deyil. İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə