Polis Akademiyasının rəis müavininin anasının qətli ilə bağlı daha bir nəfər tutuldu
DİN Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun anasının qətli ilə bağlı daha bir nəfər həbs edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Məhərrəm Qasımov tutulub.
Bununla da sözügedən qətllə bağlı təqsirləndirilənlərin sayı 4 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB