Hadisə Gəncə-Şəmkir magistralının 378-ci kilometrliyində Seyfəli kəndi ərazisində baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü Quliyev Fəxrəddin İsrafil oğlunun idarə etdiyi "Mercedes" markalı 05-AC-175 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.
Qazax-Gəncə istiqaməti üzrə mikroavtobusun aşması nəticəsində Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Nuranə Quliyeva həyatını itirib. Avtomobildə olan 4 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara əsasən hadisəyə səbəb mikroavtobusun sürücüsünün qarlı yoda idarəetməni itirməsidir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB