Xaçmazda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Avqustun 15-i gecə saatlarında Xaçmazda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, Xaçmaz-Quba yolunun rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində 40-BP-359 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil qarşıdan gələn 03-BJ-761 nömrəli "VAZ 2107" markalı nəqliyyat vasitəsilə toqquşub.
Qəza nəticəsində yaralananlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB