Tovuz rayonunda piyadının vurulması ilə nəticələn yol qəzası baş verib

Tovuz rayonunda piyadının vurulması ilə nəticələn yol qəzası baş verib
Tovuz rayonunda piyadının vurulması ilə nəticələn yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonun Əlimardanlı kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada - 1979-cu il təvəllüdlü Sitarə Məmmədovanı avtomobil vurub. Hadisə yerinə hüquq-mühafizə orqanları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Piyada Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə