Gəncədə orta məktəb yanıb

Gəncə şəhərində fəaliyyət göstərən 3 saylı orta məktəbdə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən əldə etdiyi məlumata görə, hadisə dünən 21.30 radələrində qeydə alınıb.

Nəticədə üçmərtəbəli binanın sonuncu mərtəbəsində baş verən yanğın zamanı 35 kvadratmetr sahə tamamilə yanıb.

İlkin məlumatlara görə yanğına səbəb sinifdəki odun sobasından düşən alov qığılcımlarıdır. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə