Sabirabaddakı qəzada azyaşlı həlak olub

Sabirabad rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Qaratoğay kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin aşması nəticəsində sürücünün maşında olan iki yaşlı nəvəsi hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə