Hacıqabulda iki avtomobil toqquşub, 17 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. SİA-nın Aran bürosundan verilən xəbərə görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb. Magistralda hərəkətdə olan “Mercedes” markalı mikroavtobusla “Ford” markalı minik avtomobili toqquşub.
Yaralılar Şirvan Şəhər və Kürdəmir Rayon Mərkəzi xəstəxanalarına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB