Suraxanı rayonunda 70 yaşlı qadını maşın vurub

Suraxanı rayonunda 70 yaşlı qadını maşın vurub

Bakının Suraxanı rayonunda piyadanı avtomobil vurub.

SİA-nın məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb.

Yolu keçən zaman minik avtomobilinin zərbəsi ilə üzləşən 70 yaşlı Abbasova Elnurə Məmmədəli qızı xəstəxanaya yerləşdirilib. Ona sol budun sınığı diaqnozu qoyulub.

Yol qəzasının təfərrüatları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə