Tovuzda zəncirvari qəzada 3 nəfər həyatını itirib - YENİLƏNİB

Tovuzda zəncirvari qəzada 3 nəfər həyatını itirib - YENİLƏNİB

Tovuz rayonunun Heydər Əliyev prosspektində ağır yol qəzası baş verib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində "VAZ 21 011", "Daewoo Nexia" və "Mercedes C-Klass" markalı avtomobillər toqquşub. Qəzada 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, "Daewoo Nexia"nın sürücüsü - 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və Mustafaveya Nailə Yolçu qızı həlak olublar.

Qəza nəticəsində Murtuzəliya Ayşən Əhməd qızı, Murtuzəliyeva Aysel Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu ağır xəsarət alıblar. Xəsarət alan şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına, Qazax rayon Diaqnostika Mərkəzinə və Gəncə şəhərindəki xəstəxanalara gətiriliblər.

İlkin məlumata görə, dünyasını dəyişən şəxslər toydan gəlirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə