Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Baba Quliyev fevralın 15-də tutulub.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 10-da S.Əsgərov küçəsində yaşayan Səbinə Əliyevanın mənzilindən açıq qapıdan keçmə yolu ilə 100 manat, 50 ABŞ dolları, 10 avro və 3 ədəd moil telefon oğurlanıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahidə Nadirova fevralın 15-də yaxalanıb.
Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İmran Quliyevdən 460 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini Sənan Seyidovdan 14 ədəd patronu ilə birlikdə kustar üsulla hazırlanmış, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB