"VAZ 2107" ilə 47 yaşlı qadın vurulub

"VAZ 2107" ilə 47 yaşlı qadın vurulub

Gəncədə yolu keçmək istəyən qadın vurulub.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, Gəncə şəhər sakini Çarıxcılar küçəsi, ev 11-də yaşayan 1992-ci il təvəllüdlü Əmraslanov Elsad Sabit oğlu idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə Təbriz küçəsində yolu keçən 47 yaşlı Ələkbərova Elmira Vəli qızını vurub.

Nəticədə qadın ağır bədən xəsarətləri ilə yaxınlıqda yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumatlara görə qəzaya səbəb avtomobilin yüksək surətlə idarə edilməsi olub.

Qəzanı törədən şəxs saxlanılıb. Araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə