Sumqayıt şəhərinin 12-ci mikrorayonunda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub:
"Xəstə hazırda reanimasiya şöbəsində müalicə olunur, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB