Güclü külək ağacı qaz xəttinin üzərinə aşırıb

Güclü külək ağacı qaz xəttinin üzərinə aşırıb

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

“Azəriqaz” İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə