Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Nabran istirahət zonasında qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2109" markalı nəqliyyat vasitəsi 3 piyadanı vurub. Onlardan biri - Xudat şəhəri, İstisu qəsəbə sakini 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB