Tovuz rayonunda bədbəxt hadisə baş verib.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Tovuz rayonunun Qovlar kəndindən keçən hissəsində qeydə alınıb. Yol kənarında mal-qara otaran 2009-cu il təvəllüdlü Aydınov Pərviz Namiq oğlunu avtomobil vurub. O, ağır vəziyyətdə Gəncədəki özəl xəstəxanalardan birinə gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti kritikdir.
İlkin məlumatlara görə, hadisəyə yağışlı hava şəraiti səbəb olub. Qəza P.Aydınovun mal-qaranı magistral yolun qarşı tərəfinə keçirmək istəyərkən baş verib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB