Tovuz rayonunun Qovlar şəhər dəmiryol vağzalında yanğın qeydə alınıb.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə vağzal ərazisində olan ağacın alışması ilə başlayıb. Nəticədə əraziyə Tovuz rayon Dövlət Yanğından Mühafizə Xidmətinin iki briqadası cəlb olunub. Edilən müdaxilə nəticəsində alovun vağzal binasına keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri hələ ki məlum deyil. Fakt üzrə araşdırma aparılır
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB