Göygöl rayonuna istirahətə gələn şəxs bədbəxt hadisə ilə üzləşib.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, 1969-cu il təvəllüdlü Pünhan Dəmirov Maralgöl adlanan ərazidə istirahət etdiyi zaman dərəyə yıxılıb. Ətrafdakı insanların köməyi ilə Gəncədəki xəstəxanalardan birinə gətirilən 50 yaşlı Pünhan Dəmirovun bədəninin bir neçə yerində qırıqların olduğu bildirilir. Yaralının yaxınlarının sözlərinə görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Göygöl rayon Polis İdarəsində isə araşdırmalara başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB